IMG-LOGO

NBA oyunu zamanı yıxılan Viktor Venbanyamaya beyin silkələnməsi diaqnozu qoyulub

22 Apr 2026 10:22 11 baxış
IMG

ABŞ-nin "San Antonio Spyors" komandasının basketbolçusu Viktor Venbanyamaya beyin silkələnməsi diaqnozu qoyulub.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 22 yaşlı oyunçu Milli Basketbol Assosiasiyasında (NBA) "Portland"a qarşı keçirdikləri 1/8 final mərhələsinin ikinci matçında xəsarət alıb.

Görüşün ikinci hissəsində epizodların birində onun başı yerə dəyib. Venbanyama daha sonra meydançaya qayıtmayıb.

Fransalı basketbolçu bu gün əlavə testlərdən keçəcək. NBA qaydalarına görə, beyin silkələnməsi diaqnozu qoyulmuş oyunçu ən azı 48 saat ərzində qarşılaşmalarda iştirak edə bilməz. O, 24 saatdan sonra tədricən məşqlərə qayıda bilər.

Xatırladaq ki, sözügedən oyun "Portland"ın qələbəsi ilə bitib - 106:103. Hazırda seriyada hesab bərabərdir - 1:1.

Xəbər lenti