IMG-LOGO

Bakı metrosunda sıxlıq yarandı - SƏBƏB

22 Apr 2026 09:41 3 baxış
IMG
1 0

Bakı metrosunda səhər saatlarından sərnişin sıxlığı müşahidə olunur.

"Bakı Metropoliteni" QSC-dən Lent.az-a verilən məlumata görə, sıxlığa səbəb qatarların hərəkətinin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir.

Hazırda metronun bir sıra stansiyalarında, xüsusilə “20 Yanvar”, “İnşaatçılar”, “28 May” və “Koroğlu”da sərnişin axınının artdığı, platforma və keçidlərdə sıxlığın yarandığı müşahidə edilir.

Qeyd edək ki, dünən 12 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara girişə məhdudiyyət qoyulub. Saat 15.00-da stansiyalara giriş bərpa edilib.

metro sıxlıq

Xəbər lenti