IMG-LOGO

Muxtar Babayev: COP31-ə doğru razılaşmalardan icraya keçməliyik

21 Apr 2026 23:58 8 baxış
IMG

COP31-ə doğru qətiyyətli liderlik, proqnozlaşdırıla bilən maliyyə və real məsuliyyətli razılaşmalardan icraya keçmək lazımdır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

"PCD 2026-da ("Petersberg Climate Dialogue 2026") bir mesaj aydındır: çağırış ambisiya deyil, icradır. COP31-ə doğru biz qətiyyətli liderlik, proqnozlaşdırıla bilən maliyyə və real məsuliyyətli razılaşmalardan icraya keçməliyik. İndi diqqət konkret, ölçülə bilən nəticələrə yönəlməlidir", - o vurğulayıb.

Qeyd edək ki, M. Babayev "Petersberq İqlim Dialoqu"nda iştirak edib.

Xəbər lenti