IMG-LOGO

Almaniya və İtaliya Aİ-nin İsraillə sazişinin dayandırılmasına qarşı çıxıb

21 Apr 2026 22:16 4 baxış
IMG

Almaniya ilə İtaliya Avropa İttifaqı (Aİ) və İsrail arasında əməkdaşlıq sazişinin dayandırılması təklifini rədd edib.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Qeyd olunub ki, bu təklif İspaniya və İrlandiya tərəfindən Lüksemburqda Aİ xarici işlər nazirlərinin görüşündə irəli sürülüb.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful İsraillə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq təklifi yersiz adlandırıb: "Biz İsraillə kritik məsələlər ətrafında danışmalıyıq. Bu, konstruktiv dialoq çərçivəsində baş verməlidir".

Daha əvvəl İspaniya, Sloveniya və İrlandiya Brüsseldə Avropa İttifaqı və İsrail arasında assosiasiya sazişinin fəaliyyətinin mümkün dayandırılmasının müzakirəsi təşəbbüsü ilə çıxış edib.

Xəbər lenti