IMG-LOGO

Zelenski Koşta ilə Aİ-nin 90 milyard avroluq yardım paketinin blokdan çıxarılmasını müzakirə edib

21 Apr 2026 21:11 4 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta ilə telefon danışığı zamanı Aİ-nin 90 milyard avroluq maliyyə yardımı paketinin blokdan çıxarılmasını müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə məlumat yayıb.

"Aİ Şurasının rəhbəri Antonio Koşta ilə 90 milyard avroluq maliyyə yardımı paketinin blokdan çıxarılmasını müzakirə etdik. Ukrayna Aİ-nin bizdən xahiş etdiyini yerinə yetirib", - o yazıb.

O həmçinin qeyd edib ki, Koşta Ukraynanın Yaxın Şərq və Fars körfəzi regionu ölkələri ilə təhlükəsizlik sahəsindəki razılaşmalarına diqqət çəkib. Zelenski vurğulayıb ki, "Drone Deal" formatında həyatların qorunması üzrə Ukrayna sistemi unikaldır və artıq ayrı-ayrı Avropa dövlətləri ilə əməkdaşlıq çərçivəsində tətbiq edilməyə başlanıb.

Tərəflər Avropanın birliyi və təhlükəsizliyinin vacibliyini vurğulayaraq yaxın vaxtlarda şəxsi görüşdə bu məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Öz növbəsində, Antonio Koşta "X" sosial şəbəkəsində "Dostluq" neft kəmərinin işinin bərpa edilməsi də daxil olmaqla, razılaşmaların yerinə yetirilməsinə görə Zelenskiyə təşəkkür edib.

Daha əvvəl Zelenski "Dostluq" neft kəmərinin bir hissəsində təmir işlərinin başa çatdığını bildirib.

Xəbər lenti