IMG-LOGO

Azərbaycan Cüdo Federasiyası dan dərəcələri üzrə seminar və imtahan keçirəcək

21 Apr 2026 20:17 4 baxış
IMG

Mayın 4-dən 8-dək Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan təşkil olunacaq.

"Report" xəbər verir ki, Milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq seminar və imtahan cüdo məşqçiləri üçün açıq olacaq

Namizədlərin 17 yaşdan yuxarı olması və qəhvəyi kəmərə sahib olması tələb edilir.

Federasiyadan bildirilib ki, tədbir Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsidir.

Xəbər lenti