IMG-LOGO

Üç xəstəxananın direktoru işdən çıxarıldı

21 Apr 2026 19:11 4 baxış
IMG
0 0

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.

Lent.az Bakupost-a istinadən xəbər verir ki, daha 3 iri tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən çıxarılıb.

Məlumatlara görə, son qərarlar TƏBİB-də başlanmış genişmiqyaslı idarəetmə və kadr islahatlarının növbəti mərhələsi hesab olunur.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılıb. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir.

Məsələ ilə bağlı TƏBİB-dən rəsmi açıqlama almaq mümkün olmayıb.

TƏBİB Kliniki Tibbi Mərkəz kadr dəyişikliyi

Xəbər lenti