IMG-LOGO

Zelenski: Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb

21 Apr 2026 18:59 4 baxış
IMG

"Drujba" neft kəmərinin bir hissəsində təmir işləri başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.

"Ukrayna Rusiyanın zərbəsi nəticəsində zədələnmiş "Drujba" neft kəmərinin bir hissəsində təmir işlərini yekunlaşdırıb. Neft kəməri fəaliyyətini bərpa edə bilər. Heç kim infrastruktura zərbələrin təkrarlanmayacağına zəmanət verə bilməsə də, mütəxəssislər sistemin fəaliyyətinin bərpası üçün baza şərtlərini təmin ediblər", - paylaşımda bildirilib.

O, həmçinin bildirib ki, artıq bu həftə "Ramştayn" formatında görüş hazırlanır və bu çərçivədə bərpa işləri, eləcə də enerji infrastrukturu obyektlərinin mühafizəsinin gücləndirilməsi üçün zəruri maliyyənin cəlb edilməsinin sürətləndirilməsi planlaşdırılır.

Zelenski həmçinin vurğulayıb ki, Ukrayna əvvəllər Avropa Şurası tərəfindən təsdiqlənmiş dəstək paketinin blokdan çıxarılmasına ümid edir.

Xəbər lenti