IMG-LOGO

Tramp İranı 8 qadını azad etməyə çağırıb

21 Apr 2026 17:44 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İran hökumətindən edam cəzasına məhkum edilmiş səkkiz qadını azad etməyi xahiş edib.

"Report"un məlumatına görə, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"Tezliklə mənim nümayəndələrimlə danışıqlar aparacaq İran liderlərinə müraciət edirəm: bu qadınların azad edilməsinə görə çox minnətdar olaram (foto əlavə olunur - red.). Əminəm ki, bu addım lazımi qaydada qiymətləndiriləcək. Xahiş edirəm, onlara zərər verməyin - bu, danışıqlarımız üçün yaxşı başlanğıc ola bilər. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - Tramp vurğulayıb.

Xəbər lenti