IMG-LOGO

Aİ Azərbaycan-Ermənistan sülh prosesində müsbət dinamika görür

21 Apr 2026 16:12 7 baxış
IMG

Ermənistan və Azərbaycan arasında sülh prosesi müsbət dinamika nümayiş etdirir, Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Latviya xarici işlər nazirinin müavini Artems Urşulskis Lüksemburqda Aİ ölkələri XİN başçıları Şurasının iclasının başlamasından əvvəl bildirib.

Onun sözlərinə görə, bu həftə Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan və Ermənistana səfər edəcək.

"İndi bu ölkələrlə iqtisadi əməkdaşlığı gücləndirmək şansımız var və onların Avropaya yaxınlaşmasına ehtiyacımız var", - o qeyd edib.

O, vurğulayıb ki, hər iki ölkəyə Avropa İttifaqının həm biznesin inkişafı, həm də əməkdaşlığın genişləndirilməsi üçün təqdim etdiyi imkanları nümayiş etdirmək lazımdır. "Söhbət həmçinin Azərbaycan və Ermənistan bazarlarında Avropa biznesi üçün yeni perspektivlərin yaradılmasından gedir", - o əlavə edib.

Həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatı barədə Estoniya xarici işlər naziri Marqus Tsahkna müsbət fikirlərini bildirib.

"Mən bir həftədən bir az əvvəl Ermənistanda idim və hesab edirəm ki, Azərbaycanla sülh prosesi ( düzgün yoldadır", - o deyib.

Xəbər lenti