IMG-LOGO

Reuters: Rusiya neft hasilatını Ukraynanın zərbələri səbəbindən əhəmiyyətli dərəcədə azaldıb

21 Apr 2026 16:14 7 baxış
IMG

Rusiyada neft hasilatı apreldə Ukraynanın pilotsuz uçuş aparatları ilə limanlara və neft emalı zavodlarına zərbələri səbəbindən azalıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən xəbər verir.

Onların məlumatına görə, Rusiya apreldə ilin əvvəlindəki orta göstəricidən sutkada 300-400 min barrel az neft hasil edib. Bu, son altı ildə, COVID-19 pandemiyası dövründən bəri ən kəskin aylıq hasilat azalması ola bilər, mənbələr qeyd edir.

Hasilatın azalmasına, bu yaxınlaradək Rusiya neftinin Avropaya ixracının yeganə marşrutu olan "Drujba" neft kəmərinin fəaliyyətinin dayandırılması da təsir edib.

"Rusiya limanlarına və NPZ-lərinə davam edən hücumlar fonunda hasilatı azaltmadan nefti satmaq çətin olacaq, xüsusən qarşıdakı yaz texniki xidmət dayanmalarını nəzərə alsaq", - məlumatda deyilir.

Xəbər lenti