Aprelin 18-də axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.
Lent.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib.
Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir.
Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır.
məktəbdə təhlükəsizlik