IMG-LOGO

Mexikoda turistlərə atəş açan şəxs intihar edib

21 Apr 2026 01:36 4 baxış
IMG

Aprelin 20-də naməlum şəxs Mexiko şəhəri yaxınlığındakı məşhur Teotiuakan turizm kompleksində ziyarətçilərə atəş açıb.

"Report" xəbər verir ki, bu barədə "El Pais" qəzeti Meksika Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Atışma nəticəsində turist həlak olub, yaralanan altı nəfər isə xəstəxanaya yerləşdirilib.

"Kişi Ay Piramidasının zirvəsindən atəş açıb və sonra intihar edib. Atışmada bir kanadalı qadın turist həlak olub", - deyə nazirlik qeyd edib.

Bildirilib ki, hüquq-mühafizə orqanları əməkdaşları hücum edən şəxsdən odlu silah və bir neçə patron müsadirə ediblər.

Meksika Prezidenti Klaudiya Şeynbaum təhlükəsizlik qüvvələrinə hadisəni araşdırmağı əmr edib.

Xəbər lenti