IMG-LOGO

Avropa komissarı: Rusiya mərmi istehsalına görə bütün Aİ ölkələrindən iki dəfə böyükdür

20 Apr 2026 22:31 4 baxış
IMG

Rusiya artilleriya mərmisi istehsalına görə bütün Avropa İttifaqı ölkələrinin cəmindən iki dəfə, qanadlı raket istehsalına görə isə təxminən dörd dəfə irəlidədir.

"Report" xəbər verir ki, bu barədə Avropa Parlamentində keçirilən dinləmələrdə müdafiə üzrə Avropa komissarı Andrius Kubilius tərəfindən təqdim edilən qiymətləndirmədə göstərilib.

"Rusiya hələ də daha çox istehsal edir. Keçən il Rusiya 1100 qanadlı raket, Aİ 300 ədəd istehsal edib. Ballistik raketlər: Rusiya 900, Aİ 0 ədəd. Artilleriya mərmiləri: Rusiya 4 milyon, Aİ 2 milyon ədəd", - deyə o əlavə edib və bildirib ki, bu rəqəmlər ictimaiyyətə açıq mənbələrdən əldə edilib.

Avropa komissarı bu rəqəmləri ciddi bir problem adlandırıb və bəyan edib ki, Avropa Birliyi ölkəni hərbi cəhətdən effektiv şəkildə çəkindirmək istəyirsə, Rusiyadan daha çox silah istehsal etməyə başlamalıdır.

Xəbər lenti