IMG-LOGO

Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var

20 Apr 2026 22:42 4 baxış
IMG

Ağcabədi rayonu ərzisində ağır yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Gündüz Süleymanov hadisə yerində keçinib.

Mərhumun avtomobilində olan iki nəfər isə ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti