IMG-LOGO

Avropa çempionatı: Beka Kandelaki və İslam Abbasov bürünc medal uğrunda yarışacaqlar

20 Apr 2026 21:43 4 baxış
IMG

Azərbaycanın yunan-Roma güləşçiləri Beka Kandelaki (130 kq) və İslam Abbasov (87 kq) Albaniyan;n paytaxtı Tiranada keçirilən Avropa çempionatının bürünc medalı uğrunda yarışacaqlar.

"Report" xəbər verir ki, B.Kandelaki yarımfinalda Dariuş Viteklə üz-üzə gəlib.

B.Kandelakinin macarıstanlı güləşçi ilə görüşündə 1:1 hesabı qeydə alınsa da hakimlər əlavə göstəricilərə görə D.Viteki qalib elan ediblər.

İslam Abbasov (87 kq) isə yarımfinalda Bolqarıstanlı Semyon Novikova 0:4 hesabı ilə uduzub.

Həmçinin 1/4 finalda Emin Səfərşayevə (UWW) uduzan Rəşad Məmmədov (55 kq) rəqibi finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxacaq.

Xəbər lenti