IMG-LOGO

Xətibzadə: İranın strategiyası Trampın hədələri qarşısında dəyişməyəcək

20 Apr 2026 19:09 6 baxış
IMG

İranın strategiyası ABŞ Prezidenti Donald Trampın hədələri qarşısında dəyişməyəcək.

"Report" "IRIB News"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

"Düşmən öz hədəflərinin heç birinə - nə İranın parçalanmasına, nə də xalqın öz ölkəsinə qarşı təhrik edilməsinə nail ola bilməyib", - o qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton bəzi iddialarından əl çəkməli və İran xalqının hüquqlarına hörmət etməlidir:

"Biz milli təhlükəsizlik və ərazi bütövlüyü məsələlərində heç bir güzəştə getməyəcəyik. Çətinlikləri sağlam düşüncə ilə dəf edəcəyik. İran xalqı qalibdir və bu qələbəyə səbəb birlikdir".

Xəbər lenti