IMG-LOGO

Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İranla danışıqlar üçün Pakistana yola düşüb

20 Apr 2026 18:45 5 baxış
IMG

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İranla sülh danışıqlarında iştirak edən ABŞ nümayəndə heyəti Pakistana yola düşüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "The New York Post" qəzetinə bildirib.

Prezident nümayəndə heyətinin tərkibinə xüsusi nümayəndə Stiv Uitkoff və məsləhətçi Cared Kuşnerin də daxil olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ABŞ nümayəndələri danışıqların növbəti raundu üçün artıq İslamabada yollanıblar.

Tramp bildirib ki, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunarsa, o, İranın yüksəkvəzifəli şəxsləri ilə görüşməyə hazırdır.

Xəbər lenti