IMG-LOGO

Avtokar lıiman işçisini vuraraq öldürüb

14 Mar 2024 22:52 101 baxış
IMG

Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.

Lent.az APA-ya istinadən verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.

O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.

Xəbər lenti