IMG-LOGO

Lənkəranda avtomobil iki piyadanı vurub -FOTO

14 Mar 2024 21:38 101 baxış
IMG

Lənkəranda yol nəqliyyat hadisəsi baş  verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili piyadalar Lənkəran şəhər sakinləri 1996 -cı il təvəllüdlü Fariz Ceyhun oğlu Əzizli və 1977 -ci il təvəllüdlü Ramin Mübariz oğlu Əliyevi vurub.

Hər iki piyada ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır qiymətləndirilən F.Əzizli reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti