2021-ci ildə homoseksual olduğunu açıq elan edən 24 yaşlı avstraliyalı peşəkar futbolçu Coş Kavallo digər hokoseksual Leyton Morrelllə evlilik təklifindən sonra nişanlanıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, ilk homoseksual peşəkar kişi futbolçu kimi tanınan Coş Kavallo “Adelaide United”in ev meydançasında ortağı Leyton Morrellə evlilik təklifi etdikdən sonra nişanlanıb.
24 yaşlı futbolçu 2021-ci ildə emosional videosu ilə homoseksual olduğunu açıqlayıb və "Hər kəslə bölüşəcək şəxsi bir şeyim var: mən futbolçuyam və mən geyəm" deyib.
Cümə axşamı o, “Instagram”dakı bir yazıda sürpriz təklifini hazırlamağa kömək etdiyi üçün Avstraliyanın A-Liqa futbol klubuna təşəkkür edib.
“Sizin sonsuz dəstəyiniz mənim üçün çox şey deməkdir. Siz heç vaxt arzulamadığım futbolda təhlükəsiz məkan yaratdınız və məni həyatımın hər gününü həqiqi yaşamağa ruhlandırdınız. Hər şeyin başladığı meydanda bu xüsusi anı bölüşmək doğru idi”, - Coş Kavallo deyib.
Yazıda Kupers stadionunda Kavallonun bir dizi üstə çökdüyünü və Morrellin əlləri ilə üzünü örtdüyünü göstərən bir sıra fotolar yer alıb. Digər fotoda isə Kavallonun dayanıb yenidən güldüyü əks olunub. Üçüncü ağ-qara fotoda cütlüyün nişan üzüyü ilə əl-ələ tutması əks olunub.
Kavallodan təxminən 7 ay sonra İngiltərənin "Blekpul" futbol klubunun bir neçə peşəkar futbolçusu, o cümlədən Ceyk Daniels gey olduqlarını etiraf ediblər.
