Lənkəranda maşın təmiri sexində partlayış olub.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Belə ki, şəhərin Füzuli küçəsində avtomobil təmiri sexində işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlının benzinlə ehtiyatsız davranması nəticəsində partlayış baş verib.
İ. Qasımlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Xəsarət alana ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.