IMG-LOGO

Ağdamda gənc traktor aqreqatının altında qalaraq ölüb

18 Apr 2026 20:13 4 baxış
IMG

Ağdamda 25 yaşlı gənc traktor aqreqatının altında qalaraq həyatını itirib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.

H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti