IMG-LOGO

Qusarda oğul arağa görə anasını döydü

18 Apr 2026 10:00 6 baxış
IMG
2 0

Qusarda oğul araq üstündə anasını döyüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib.

39 yaşlı Yusif Əsgərov (ad və soyad şərtidir) səhər saatlarında kənd ərazisindəki qardaşına məxsus marketdən araq alaraq içib. O, sərxoş halda günorta saatlarında yenidən həmin marketə gələrək araq almaq istəyib. Lakin marketdə satıcı qismində olan anası ona araq satmaq istəməyib. Bu səbəbdən ana və oğul arasında mübahisə düşüb. Mübahisə zamanı oğul əl-qol zərbələri ilə anasının sifət və baş nahiyələrinə vuraraq, xəsarətlər yetirib.

Bu əməlinə görə o saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olmasını və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən də həmçinin oğlu ilə barışdığını və ona qarşı şikayətinin olmadığını deyib.

Məhkəmənin hökmü ilə Yusif Əsgərov 1000 manat məbləğində inzibati qaydada cərimələnib.

Hadisələr araq Qusar məhkəmə işləri cinayət işi

Xəbər lenti