IMG-LOGO

Neymar futbolun dəyişdirmək istədiyi qaydasını açıqlayıb

18 Apr 2026 06:54 5 baxış
IMG

"Santos"un hücumçusu Neymar futbolun dəyişdirmək istədiyi yeganə qaydasını açıqlayıb.

Bu barədə"Report" "Ziggo Sport"a istinadən xəbər verir.

"Mən ofsayd qaydasını dəyişdirərdim. Ofsaydlar yalnız yüksək ötürmələrə şamil edilməlidir. Ayaqlara və ya sinənin altına ötürmələr edildikdə, ofsaydlar qeydə alınmamalıdır", - "Ziggo Sport" Neymarın sözlərini sitat gətirir.

34 yaşlı futbolçu 2025-ci ilin yanvarından "Santos"da oynayır. Neymarın San Paulu klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir. "Transfermarkt"dakı məlumata görə, Braziliya millisinin bütün zamanların ən çox qol vuran oyunçusunun bazar dəyəri 10 milyon avrodur.

Xəbər lenti