İngiltərənin Kent bölgəsində toy mərasimi zamanı gəlinə qarşı hücum baş verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 35 yaşlı Gemma Monk nikaha hazırlaşarkən baldızı Antonia Eastwood onun üzərinə qara boya töküb. Nəticədə gəlinin geyimi və bədəni zədələnib, mərasim isə yarımçıq qalıb.
Məlumata görə, hadisə əvvəlcədən planlaşdırılmış intiqam olub. Münaqişə bir il əvvəl baş verən ailədaxili narazılıqdan qaynaqlanıb. Buna baxmayaraq, gəlin mərasimdən imtina etməyib. O, paltarını dəyişərək nikahı təxminən iki saat gecikmə ilə başa çatdırıb.
Baldız və gəlin münaqişəsi