IMG-LOGO

Məktəb yoldaşlarını bıçaqlayan HAKİM QARŞISINDA

17 Apr 2026 15:21 13 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə iki həmyaşıdını öldürməyə cəhddə təqsirləndirilən F.H-un cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, proses şahid ifadələri ilə davam edib.

Şahid X. M təqsirləndirilən F.H-u  tanıdığını bildirib:

"Məktəbdən çıxanda gördüm ki, Nihadla F arasında mübahisə var. F-ın  Nahidə neçə bıçaq vurduğunu görmədim. F Nihadla kobud danışdığı üçün Nihad ona şillə vurmuşdu".

Təqsirləndirilən F.H deyilənlərin  yalan olduğunu bildirib:

"Əksinə mənim üstümə düşmüşdülər. Mən özümü müdafiə etmək və qorxutmaq niyyəti ilə  Malikə 4 bıçaq zərbəsi vurdum. Nadirə isə 1 bıçaq vurdum. Onlar çox idilər. Məcbur idim bıçaqla özümü müdafiə etməyə. Hadisə olan vaxt mənim 16 yaşım var idi".

Daha sonra şahid qismində K.F dindirilib:

"Sinif yoldaşımla sinifdə mübahisəmiz oldu, sonra müəllimimiz bizi barışdırdı. Daha sonra çölə çıxdım F-ı  gördüm. Məndən soruşdu ki, niyə kefin yoxdu. Mən də səbəbini izah etdim. Bir gün sonra eşitdim ki, bıçaqlanma hadisəsi baş verib" .

Növbəti məhkəmə iclası mayın 8-nə təyin edilib.

Xatırladaq ki, hadisə ötən ilin oktyabrında paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü F.H iki nəfəri bıçaqlayıb.

Xəstəxanaya çatdırılan zərərçəkmişlərin həyatını xilas etmək mümkün olub.

Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Hadisələr

Xəbər lenti