Rusiyalı iş adamı, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan Ermənistan vətəndaşlığından başqa, bütün vətəndaşlıqlardan imtina prosesinə başlayıb.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, Karapetyan bu barədə bu gün əsas təqsirləndirilən şəxs kimi çıxış etdiyi cinayət işi üzrə məhkəmənin ilk iclasında bəyan edib.
"Seçkilərdə iştirak etdiyim və qələbə qazanacağıma əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamaq qərarına gəldim", - o bildirib.
Ermənistan vətəndaşlığından başqa digər vətəndaşlıqlara malik olma iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etməyə imkan vermir.