IMG-LOGO

Bu gün İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası işinə başlayır

15 Apr 2026 09:51 4 baxış
IMG

İstanbulda aprelin 15-də Parlamentlərarası İttifaqın 152-ci Assambleyası işinə başlayacaq.

"Report"un Türkiyə bürosuna Türkiyə Böyük Millət Məclisindən (TBMM) daxil olan məlumatda bildirilib ki, aprelin 19-a qədər davam edəcək tədbirə 2500-dən çox iştirakçının qatılacağı gözlənilir.

Assambleyanın mövzusu "Ümidin Gücləndirilməsi, Sülhün və Gələcək Nəsillər üçün Ədalətin Təmin Edilməsi" olacaq.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova da parlament nümayəndələri ilə PAİ-də təmsil olunacaq.

Tədbir boyunca sessiyalar, daimi komitə müzakirələri, forumlar və tematik görüşlər də daxil olmaqla 80-dən çox tədbir keçiriləcək.

Xəbər lenti