Səudiyyə Ərəbistanı, Pakistan, Misir və Türkiyənin xarici işlər nazirləri Feysal bin Fərhan Əl Səud, Məhəmməd İshaq Dar, Bədr Əbülati və Hakan Fidan regiondakı vəziyyətlə əlaqədar danışıqlar aparacaqlar.
"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd olunub ki, görüş aprelin 17-19-da Türkiyədə keçirilməsi planlaşdırılan IV Antalya Diplomatiya Forumu (ADF-2026) çərçivəsində baş tutacaq.
Məlumata görə, müzakirələr yalnız Hörmüz boğazı ilə əhatələnməyəcək.
Qeyd olunub ki, bu il ADF-2026 forumunda iştirak etmək üçün 150-dən çox ölkədən nümayəndə heyəti gələcək. İştirakçılar arasında 20-dən çox dövlət və hökumət başçısı, 15-ə yaxın vitse-prezident, eləcə də böyük əksəriyyəti xarici siyasət idarələrinə rəhbərlik edən 50-dən çox nazirin olacağı bildirilib. Ümumilikdə, forum beynəlxalq təşkilatların rəhbərləri də daxil olmaqla, 5 minə yaxın qonağı qəbul edəcək.
ADF-2026 çərçivəsində 40-dan çox müxtəlif tədbir və sessiya planlaşdırılıb. Müzakirələrdə yalnız siyasi və regional məsələlərə deyil, həm də qlobal transformasiyanın iqtisadi, ekoloji və texnoloji aspektlərinə toxunulacaq.