IMG-LOGO

Mirzoyan və Kubilyus müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

14 Apr 2026 22:30 3 baxış
IMG

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının (Aİ) müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyusla görüşüb.

"Report" xəbər verir ki, bu, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatından məlum olur.

Məlumata görə, söhbət zamanı Ermənistan və Aİ arasında tərəfdaşlığın fəal şəkildə genişlənməsi qeyd edilib:

"Mirzoyan və Kubilyus son zamanlar fəal şəkildə inkişaf edən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan və Aİ arasında strateji tərəfdaşlıq proqramı əməkdaşlıq üçün yeni perspektivlər və imkanlar yaradıb".

Ermənistan XİN-in məlumatına görə, tərəflər həmçinin regional hadisələri müzakirə ediblər. Mirzoyan Avropa komissarına Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün daha da institusionallaşdırılmasına yönəlmiş işləri təqdim edib.

Xəbər lenti