IMG-LOGO

Azərbaycan AQEM çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib

14 Apr 2026 14:46 3 baxış
IMG

Azərbaycan AQEM çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib.

"Report" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən AQEM Qadınlar Şurasının ilk iclasına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Sədr vurğulayıb ki, AQEM və komitə uşaq, qadın hüquqlarının müdafiəsi istiqamətində təcrübə mübadiləsi aparacaq:

"Biz həm də qadın və uşaqların maraqlarını Qadınlar Şurası sayəsində AQEM-də irəli sürəcəyik. İlk iclasda Şuranın faəliyyət planının hazırlanmasının müzakirəsi olacaq".

Xəbər lenti