Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransanın Xarici İşlər Nazirliyi (XİN) yanında Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Haddad Cənubi Qafqaz məsələləri, o cümlədən sülh və sabitliyin təmin edilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.
Görüşdə tərəflər Ermənistan-Fransa ikitərəfli gündəliyindəki məsələlər spektrini, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Paşinyan və Haddad, həmçinin Ermənistanın Avropa İttifaqı ilə qarşılıqlı əlaqələri və İrəvanda "Avropa Siyasi Birliyi"nin sammitinə hazırlıq mövzusuna toxunublar.
Görüşün yekunlarına əsasən, fəal siyasi dialoqun davam etdirilməsinin və qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.