IMG-LOGO

Qayınana 8 Martdan sonra kürəkənini bıçaqladı

09.03.2024 15:48 94 baxış
IMG

Rusiyanın Sankt-Peterburq şəhərində qayınana kürəkəninə hücum edərək kürəyindən bıçaqlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə martın 9-na keçən gecə baş verib. 52 yaşlı kişi kürəyindən bıçaq xəsarəti ilə tibb müəssisəsinə aparılıb. Zərərçəkənin dediyi kimi, qayınanası şəxsi düşmənçilik zəminində ona bıçaqla hücum edərək, kürəyindən vurub.

Kişiyə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Təqaüdçü saxlanılıb, məlum olub ki, yaşlı Sankt-Peterburqlu qadın ağır depressiyadan əziyyət çəkir və psixiatriya xəstəxanasına yerləşdirilib.

Xəbər lenti