IMG-LOGO

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

11 Apr 2026 08:41 4 baxış
IMG

Xaçmazda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Həsənqala kəndi ərazisində qeydə alınıb.

Belə ki, kərəkətdə olan "Vaz-2107" markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti