Dünyanın ən böyük təbii giləmeyvə tortu Rusiyada hazırlanıb.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, Soçidə hazırlanan qənnadı məmulatının çəkisi 623 kiloqram olub.
Qeyd olunur ki, avtomobil boyda tort hazırlamaq üçün ümumilikdə 20 qənnadı işçisi iki gün ərzində çalışıb. Məhsul 8 Mart bayramı şərəfinə hazırlanıb. Hazırlandıqdan sonra kulinariya məhsulu Rusiyanın Rekordlar Reyestrinə daxil edilib.
Tortu çoxsaylı giləmeyvə, eləcə də müxtəlif növ güllər, o cümlədən lalələr bəzəyib. Nəhəng şirniyyatın ortasında çiçəklərdən 8 rəqəmi yazılıb.