IMG-LOGO

Bu rayonlara qar yağır - VİDEO

08.03.2024 16:04 103 baxış
IMG

Martın 8-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Neftçala, Astarada yağış, Sarıbaş (Qax), Qusar, Şahdağda isə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 7-11, Aran rayonlarında 10-15, dağlıq rayonlarda 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Xəbər lenti