IMG-LOGO

12 otaqlı ev yandı

08 Mar 2024 16:59 134 baxış
IMG

Gədəbəydə 12 otaqlı evdə yanğın baş verib.

FHN-dən Lent.az-a verilən xəbərə görə, rayonun Plankənd kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: lent.az

Xəbər lenti