IMG-LOGO

İki klub "Arsenal"ın müdafiəçisini almaq istəyir

08 Mar 2024 13:45 129 baxış
IMG

“Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko yay transfer pəncərəsində London klubunu tərk edə bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, futbolçu ilə “Bavariya” və “Nyukasl” maraqlanır. Qeyd olunur ki, Münhen klubunun yeni sol cinah müdafiəçisinə ehtiyacı var, çünki Alfonso Davies gələn yay çox güman ki, “Real Madrid”ə keçəcək. “Arsenal” 27 yaşlı Zinçenkonun satışına görə 45 milyon avro almaq istəyir.

Bu mövsüm sol cinah müdafiəçisi Aleksandr Zinçenko “Arsenal”ın heyətində bütün turnirlərdə 27 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Zinçenko sonuncu dəfə fevralın 4-də “Arsenal”ın heyətində oyun keçirib. Daha sonra londonluların rəqibi “Liverpul” olub (3:1).

Mənbə: lent.az

Xəbər lenti