IMG-LOGO

Qvardiola əsas rəqiblərinin adını çəkdi

08.03.2024 09:48 101 baxış
IMG

“Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola komandanın Çempionlar Liqasının 1/4 finalına yüksəlməsini şərh edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 1/8 finalda “Mançester Siti” “Kopenhagen”ə qalib gəlib.

“Real Madrid və Bayern ilə rəqabət aparırıq. 1/4 finalda kiminlə qarşılaşacağımızı bilmirəm, bu gözləmək məsələsidir. Önəmli olan odur ki, yeddi il ardıcıl olaraq 1/4 finaldayıq”, - UEFA-nın rəsmi saytı Qvardiolanın sözlərindən sitat gətirib.

Çərşənbə günü, martın 6-da “Mançester Siti” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə “Kopenhagen”ə inamla qalib gəlib – 3:1. Beləliklə, İngiltərə yığması ardıcıl yeddinci dəfə Avropanın ən nüfuzlu klub turnirində 1/4 finala yüksəlib.

“Mançester Siti” növbəti matçını bazar günü, martın 10-da keçirəcək. Qvardiolanın komandası İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə “Liverpul”la qarşılaşacaq.

Xəbər lenti