IMG-LOGO

Bu ilin birinci rübündə motosiklet və moped sürücülərinin təqsirindən üç nəfər həyatını itirib

09 Apr 2026 13:39 3 baxış
IMG

Cari ilin ilk üç ayı ərzində Azərbaycanda motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən beş yol-nəqliyyat hadisələrində üç nəfər həyatını itirib.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, birinci rübdə sözügedən səbəbdən iki nəfər xəsarət alıb.

Qeyd edək ki, təkcə ötən gün ərzində Yasamal, Xətai və Abşeron rayonlarında motosiklet sürücülərinin iştirakı ilə baş verən beş yol-nəqliyyat hadisəsindən üçü xəsarətlə nəticələnib.

Xəbər lenti