IMG-LOGO

"Real" yeni baş məşqçisini ictimaiyyətə açıqlayıb

12 Jan 2026 21:41 5 baxış
IMG

İspaniyanın "Real" (Madrid) komandasının yeni baş məşqçisi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

Madrid kollektivini İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu olan Alvaro Arbeloa çalışdıracaq.

Müqavilənin detalları barədə açıqlama verilməyib.

Qeyd edək ki, Alvaro Arbeloa bu gün baş məşqçi postundan ayrılan Xabi Alonsonu əvəzləyib.

Arbeloa 2025-ci ilin yayından bəri "Real"ın ikinci komandası olan "Kastilya"ya rəhbərlik edib.

Xəbər lenti