IMG-LOGO

Beyləqanda zəncirvari qəza: xəsarət alan var

09 Apr 2026 00:31 3 baxış
IMG
0 0

Beyləqanda üç avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib. Qəza zamanı iki “VAZ-2107” və bir “VAZ-2106” markalı avtomobil toqquşub, nəticədə avtomobillərdən birində olan sərnişin xəsarət alıb.

1990-cı il təvəllüdlü kişiyə alın nahiyəsinin əzilmiş-sıyrılmış yarası, sol əlin açıq kəsilmiş yarası və sol dizin sıyrılması diaqnozu qoyulub, o, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

beyləqan qəza

Xəbər lenti