IMG-LOGO

Bakıda papaq üstündə AİLƏ DAVASI: kişi arvadını döydü

08 Apr 2026 17:11 4 baxış
IMG
0 1

Bakıda kişi papaq üstündə arvadını döyüb.

Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 34 yaşlı İbrahim Nəcəfov (ad və soyad şərtidir) işdən evə gələndə başındakı papağı azyaşlı oğlunun başına qoyub. Bu isə onun 39 yaşlı arvadının xoşuna gəlməyib və papağı uşağın başından çıxarıb. Buna görə də tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı İbrahim əl və ayaq zərbələri ilə qadının bədəninin müxtəlif yerlərinə zərbələr vuraraq xəsarətlər yetirib.

Bu hadisə ilə bağlı İbrahim Nəcəfov saxlanılıb və barəsində müvafiq maddə üzrə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyərək cinayət işinə xitam verilməsini istəyib. Zərərçəkən qadın da həmçinin əri ilə barışdığı, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və İ. Nəcəfov məsuliyyətdən azad olunub.

Hadisələr arvadını döydü ər-arvad davaları

Xəbər lenti