Yunanıstanda 15 yaşınadək uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan ediləcək və bu qadağa 2027-ci ildən yanvar 1-dən qüvvəyə minəcək.
"Report" "Ekathimerini" portalına istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.
"İndi əminəm ki, bir çoxunuz, xüsusən də uşaqlar mənə qəzəblənəcək; sizin yaşınızda olsaydım, bəlkə də, mən də eyni şeyi hiss edərdim", – o qeyd edib.
K.Mitsotakis qeyd edib ki, Yunanıstan Avropa İttifaqını bu cür tədbirləri təsdiqləməyə sövq edəcək.