IMG-LOGO

İş yoldaşını bıçaqlayan Röyala -HÖKM OXUNDU

08 Apr 2026 11:44 5 baxış
IMG
3 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə iş yoldaşına bıçaqla xəsarət yetirməkdə  təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub. Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Röyal İbrahimovun 1 il sınaq müddəti olmaqla, 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini elan edib. Xatırladaq  ki, hadisə ötən il Sulutəpə qəsəbəsində baş verib. Belə ki aralarında yaranmış mübahisə zamanı Röyal İbrahimov iş yoldaşı Ağamir Quliyevi bıçaqlayıb.  Röyal İbrahimov hüquq mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.  Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisələr

Xəbər lenti