IMG-LOGO

Şabranda maşın aşdı, yaralananlar var

06 Mar 2024 23:07 152 baxış
IMG

Gəndob-Yalama avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Nəticədə Xaçmaz rayon sakini, Polaq Qasımov və Salyan sakini Tural Zeynallı xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Hazırda fakt araşdırılır.

Mənbə: lent.az

Xəbər lenti