"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Haaland kimi tarixin ən yaxşı futbolçusu hesab etdiyi sualını cavablandırıb.
“Keçən mövsüm bir çox turnirlərdə qalib gəldim, amma cəmi 23 yaşım var, ona görə də hamısını yenidən qazanmaq istəyirəm. Messi indiyə qədər oynamış ən yaxşı oyunçudur. Ola bilsin ki, o, artıq karyerasını bitirməlidir ki, başqası ən yaxşı oyunçu ola bilsin”, – Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Haaland söyləyib.
2022/23 mövsümündə Haaland çempionluq və İngiltərə Kubokunu, “şəhərlilər”lə Çempionlar Liqasını, həmçinin UEFA Super Kubokunu qazanıb.
Messi ötən il səkkizinci dəfə “Qızıl top”u qazanıb. Həmçinin 2022-ci ildə Argentina millisinin tərkibində dünya çempionu olub.