Rusiyalı müğənni Stas Mixaylov 17 kilo arıqladıqdan sonra tanınmaz hala düşüb.
Lent.az-ın xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabında botoksdan sonra qaşının birinin tamamilə hərəkətsiz qaldığını və sallandığını bildirib.
“Ona görə daha botoksa əlvida deyirəm. 17 kilo arıqladım və gənc görünürəm. Göbəyim məni incidirdi. Səhnədə ona görə şalvarım belimdən düşürdü”,- müğənni zarafat edib.