IMG-LOGO

Koronavirusla bağlı dəhşətli sirr AÇIQLANDI: çoxları bu barədə susur

05.03.2024 20:15 102 baxış
IMG

Yel Xalq Sağlamlığı Məktəbinin epidemiologiya professoru Harvi Riş koronavirusla bağlı dəhşətli bir sirri açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, alim bildirib ki, koronavirus ABŞ tərəfindən bioloji silah kimi yaradılıb. 

Professor, 2019-cu ilin payızında Uhan laboratoriyasından sızan virusun 2017-ci ildə “Moderna” patentlərində və digər bioloji və casusluq kəşfiyyatında tapılan unikal 19 nukleotidli genetik ardıcıllığı ehtiva etdiyini söyləyib.

“Bu virus, COVID-19, biomühəndislik üsulu ilə yaradıldığı üçün mövcuddur”, - Riş vurğulayıb.  

Onun sözlərinə görə, ABŞ Milli Sağlamlıq İnstitutu tərəfindən çirkli pulların yuyulması yolu ilə EcoHealth alyansı, həmçinin Pentaqon və USAİD-in qrantları hesabına maliyyələşdirilən Uhan Virusologiya İnstitutunda məsuliyyətsiz iş aparılıb. 

"Mən bu işi və Uhan Virusologiya İnstitutundan sızmanı biosilah sənayemizin bəhrəsi hesab edirəm", - alim deyib.

 

Xəbər lenti